Cüme, 29.03.2024, 14:38
WwW.azeri-hits.TK
Приветствую Вас Qonaq | RSS

Меню сайта
Разделы новостей
SOFT [3]
Islam [1]
Qarabag [1]
Romantika [2]
Maraqli Xeberler [1]
MUSiGi [11]
VIDEO [1]
SHOW-Biznes [2]
SHEKiLLER [1]
Наш опрос
Yeni Dizaynimiz necedi?
Всего ответов: 223
Мини-чат
200
Главная » 2008 » Iyul » 23 » Sou-biznes xeberleri (bY don kamil)
Sou-biznes xeberleri (bY don kamil)
01:24
                                                                        
 
 
 
Röya ad günü münasibəti ilə şou əhlindən uzaq məclis təşkil edib
Məclisdə çimərlik paltarında olan qızlar bütün günü günəşin şüaları altında rəqs ediblər.
Bu yaxınlarda ad gününü qeyd edən Röya şou əhlindən uzaq məclis təşkil etdi. Məclis yalnız qızlardan ibarət idi. «Sarı»nın məlumatına görə, ətrafına yaxın rəfiqələrəni toplayan müğənni ad gününü yenicə tikdirdiyi bağ evində qeyd etdi. Bağ evindəki hovuzun kənarında keçirilən məclisdə çimərlik paltarında olan qızlar bütün günü günəşin şüaları altında qaralaraq ritmik mahnıların sədaları altında rəqs etdilər. Ad günündə müxtəlif hədiyyələr alan müğənni ən dəyərli hədiyyəni isə özü-özünə etdi. Belə ki, Röya ad günü ərəfəsində özünə yeni maşın aldı. Müğənninin maşınını şou-biznes aləmində ən bahalılardan biri hesab etmək olar.  Röya onu 250 000 ABŞ dollarına əldə edib.
  
 Tünzalə Ağayeva 5000 manat cərimə olundu
Müğənnini həbs cəzası da gözləyir. 
1 saylı Bakı Apellyasiya Məhkəməsi tanınmış müğənni Tünzalə Ağayevaya qarşı 5000 manat cərimə kəsib. Bu barədə məlumatı "OLAYLAR"a vəkil Firudin Ələkbərli verib. Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsi Tünzalə Ağayevanın keçmiş həyat yoldaşı Rəhman Əliyevin Nərimanov rayon məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə prorses keçirib və şikayəti təmin edib. Rəhman Əliyevlə Tünzalə Ağayeva arasındakı rəsmi nikah müqaviləsinin pozulması ilə bağlı müğənninin Nərimanov rayon məhkəməsinə qaldırdığı iddia təmin edilsə də, Rəhman Əliyevin əmlak tələbinə dair qarşılıqlı iddiası əsassız olaraq rəd edilmişdi. Rəhman Əliyevin qərardan verdiyi apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilərək Tünzalə Ağayevaya qarşı əmlak tələbinə dair 5000 manat təzminat kəsilib. Qərarın icrası Nərimanov rayon məhkəməsinə göndərilsə də, Tünzalə Ağayeva bu məbləği ödəməyib. Firudin Ələkbərli bildirib ki, Nəsimi rayon məhkəmə qərarlarının icraçıları şöbəsi cərimənin ödənilməsilə bağlı müğənniyə iki dəfə xəbərdarlıq edib: "Artıq iki dəfə xəbərdarlıq edilib. Amma müğənni hələ də bu məbləği ödəməkdən imtina edib. Məhkəmə qərarlarının icraçıları şöbəsinə bu barədə müraciət etmişik. Şöbədən bildiriblər ki, onlar Tünzalə Ağayevaya sonuncu xəbərdarlıq ediblər. Əgər qərar icra olunmasa, müğənniyə qarşı cinayət işi başlanacaq və o məsuliyyətə cəlb ediləcək
 
Xatirə İslam depressiyaya düşüb
Müğənni ayrılığa dözə bilmir.

Müğənni Xatirə sevgilisinin ailə həyatı qurması ilə barışa bilmir. Xeyli müddətdir özünə qapanan müğənni hətta yeməkdən də kəsilib.

Xatirənin ailəsinə yaxın olan mənbədən əldə etdiyimiz məlumata görə, hətta o, əsəb sarsıntısı keçirib. Hazırda depressiyada olan müğənni, gününün çox hissəsini evdə - dörd divar arasında keçirir.
 
Ruhi sevgilisindən ayrılıb?
Onun 10 il vətəndaş nikahında yaşadığı iş adamından ayrıldığı deyilir.

Başı moda aləminə qarışan Ruhidən təzə xəbər var. Deyilənlərə inansaq, belə çıxır ki, müğənni 10 ildir birgə vətəndaş nikahında yaşadığı insandan ayrılıb.

Bu arada xatırladaq k i, Ruhinin uzun müddətdir bir yerdə yaşadığı şəxsin iş adamı İlham Rəhimov olduğu deyilir. Hətta bir müddət əvvəl «Yeni Müsavat» qəzetinə müsahibə verən İlham Rəhimov dolayısıyla Ruhi ilə münasibətlərinin olduğunu bildirmişdi: «Ruhi xanımla bizim münasibətlərimiz yalnız bizim ikimizə aid məsələdir və onun mahiyyətini bir o bilir, bir də mən. Yalnız onu deyə bilərəm ki, Hacı Ruhi xanımla bizim çox səmimi, təmiz, sağlam, münasibətlərimiz var».
Məsələyə Ruhinin də münasibətini öyrənmək istədik. Lakin gün ərzində müğənni ilə əlaqə yarada bilmədik.

Fikirlərinizi bildirməyi unutmayın...!!!
Категория: SHOW-Biznes | Просмотров: 7178 | Добавил: azeri-hits | Рейтинг: 3.4/9 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Форма входа
Календарь новостей
«  Iyul 2008  »
B.eÇ.aÇC.aCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Поиск
Друзья сайта
 
 
 
 
 
Статистика

Cemi Online-da 1
Qonaqlar: 1
Istifadeciler: 0
Copyright MyCorp © 2024
Сайт управляется системой uCoz