Cüme axşamı, 25.04.2024, 14:13
WwW.azeri-hits.TK
Приветствую Вас Qonaq | RSS

Меню сайта
Разделы новостей
SOFT [3]
Islam [1]
Qarabag [1]
Romantika [2]
Maraqli Xeberler [1]
MUSiGi [11]
VIDEO [1]
SHOW-Biznes [2]
SHEKiLLER [1]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 85
Мини-чат
200
Главная » 2008 » Iyul » 23 » Bir esq hekayesi (bY don kamil)
Bir esq hekayesi (bY don kamil)
10:00
                                                                
 
alt
 
Universitetli cavan Kollecli qıza bir volleybol matçında rast gəldi. Məktəb salonunda idi  oyun. Tribunasız, kiçik bir salon.. Tamaşaçılarla, oyunçular arasında, sahənin xətti vardı yalnız. .O qədər yaxın idilər..Cavan, bu şirin, bu gözəl, bu dünyalar şirini qızı ilk dəfəgörürdü komandada.. Vurulduğunu həm dəpis vurulduğunu  hiss etdi. Az sonra bir şeyi daha hiss etdi. Uzun zamandan bəri oyunu deyil, o gözəl qızı izlədiyini.. Qız oyunu baslamaq ucun gedərkən dərhal qarşısından keçdi. Göz gözəgəldilər.. Qız gülümsədi..  Cavan, çox məşhur idi o illərdə.. Qız onu tanımış olmalı idi. Kim bilər, bəlkəqızın da ondan xoşu gəlmişdi.. Bəlkədəcavan eləolmasını istədiyi üçün ona eləgəlmişdi.. Set dəyişib, komanda  qarşıya gedincə, cavan da yerini dəyişdirdi, o da qarşıya getdi.. Üçüncü setdətəkrar köhnəyerinəqayıtdı.. Qız da gediş gəlişləri hiss etmişdi yəqin.. Bir dəfədaha gülümsədi. Mənalı. ."anladım" deyər kimi bir təbəssüm idi bu...
 
Cavan o həftəboyu  həmişəbu dünyalar şirini qızı düşündü..
Bazar günü, səhərin sübhundə  qalxdı, erkəndən oynanacaq oyunu, nə oyunu, o dünyalar şirini qızı görmək üçün..  Cavan artıq qızın heç bir oyununu qaçırmırdı.. Dahası.. Kollecin hər dağılış saatında, məktəb ətrafında olurdu, onu bir dəfədaha görmək üçün.. Qarşılaşdıqlarında, yüngül çox yüngül bir gülümsəmə, çox kiçik bir baş əyməsi iləsalamlaşardılar.. Bir dəfə, etdiyinəsonra özü dəgünlərləgüldü.. O gün yenətəsadüfmüş kimi, məktəb dağılışı qızın qarşısına çıxmış, gülümsəyərək salamlamış, sonra arxa küçələrəkeçib, ildırım kimi qaçaraq, bir blok kənarda yenəqarşısına çıxmışdı. Qız bu dəfə, yaxşıca gülmüş idi.. Qarşısında, sözüm ona ağır ağır gedən, amma təngnəfəs cavanı görəndə..

Cavan, volleybol komandasının kapitanını yaxşı tanıyırdı. Yoldaş idilər. Sonunda bütün cəsarətini yığdı, kapitana açıldı.. Onun qızdan  xoşu gəlirdi. Bir yerdə, bir şəkildətanış olmaları lazım idi.. Kapitan "əlbəttə" dedi.. "bu həftəsonu Röyanın konserti var. Biz onunla getməyəqərar vermişdik. Sən dəgəl. Həm konserti birlikdəizlərik, həm dətanış olarsınız.."

Və konsert gününəqədər gecələri heç yata bilmədi.. Konsert gününü dəheç amma heç unutmadı.. O nəhəyəcan idi elə.. Konsertin verildiyi salonun qapısında tanış oldular.. Əl sıxışdılar.. O gözəl ələtoxunduğu anı  dəheç unutmadı cavan.. Kapitan, salona girdiklərində, ustaca bir manevr daha etdi. Cavan ilədünyalar şirini qız yan-yana düşdülər. İnana bilmirdi cavan.. Onunla nəhayət yan-yana oturduğuna, onun istiliyini hiss etdiyinə, onun nəfəsini duyduğuna  inana bilmirdi.. Bir az əvvəl tanış olarkən tutduğu əl, bir qarış kənarında elədayanır, cavan, səhnədəRöyanın Səninəm mahan dьnyanın bütün mahısını ifa edərkən o an dünyanın ən romantik mahnısı idi onunçün- o əli tutmaq üçün eləböyük bir arzu duyurdu ki içində.. Amma uzada bilmirdi əlini.. Hər şey beləyaxşı gedərkən, səhv bir hərəkətlə, onu ürküdəbiləcəyindən, incidəbiləcəyindən elə qorxurdu ki.

Xeyr, axtarmayacaqdı. Cavan o anda qərarını vermişdi çünki..  Səhər erkəndən durdu. Matç saatına qədər başı boş gəzdi. Salona hamıdan tez girdi, ən qabaq sıraya tam padaça küncünəən yaxın yerəoturdu.. Komandalar meydana çıxarkən, salondakı ən həyəcanlı tamaşaçı oydu. Matç  deyildi səbəb təbii.. İlk setdəqız fərqindəbelədeyildi onun.. Haradan olaydı ki.. İkinci setdəo biri tərəfəgetdilər.. Döndüklərində gördü  cavanı. .üzünde çox amma çox çaşmış bir ifadə, bir az xoşbəxtlik, bir az da qürur vardı sanki.. Universitetin  çox məşhur bu cavanının onun üçün dəoralara gəldiyini bilmənin qüruru..  

Bir gün universitet bufetindəqəzet oxuyarkən, bu sevgisini yaxşıca gözdən keçirdi.Vəqıza məktub yazmaq qərarına gəldi.Vəoturdu yazdı daa.Axşam qızın çıxmağını gözlədi.Qızı görüncəməktubu ona uzatdi.Özü isəqaçaraq gözdən itdi.Qız məktubu açdı vəoxudu.Gülüm mən səni  çox sevirəm.Amma inan mən səni gözlədiyim qədər heç kim səni bu qədər gözləməz.Nəxəstəsağalmağını nədəməzar təzəölünü...

Sabahısı gün günortadan sonra, tərif ediləbilməz həyəcanlar içindəKollecin önündəidi yenə.. Qız qarşıdan gəlirdi.. Bu dəfəyanında yoldaşları yox idi. Tək idi.. Yaxınlaşdığında işarəetdi cavana.. Gözlərinəinana bilmədi gənc adam.. Onu yanınamı çağırırdı yoxsa.. Bəli, çağırırdı.. Ürəyinin dayanacağını fikirləşdi  yaxınlaşarkən.. "Sənəbir şeylər demək istəyirəm" dedi qız.. O da həyəcanlı idi, "Bax yaxşı dinlə.. Dünənki sətirlər üçün çox təşəkkürlər... Amma səndən əvvəl tanışım biri daha var. Ondan da xoşum gəlir vəhələqərar verəbilmədim, hansınızdan daha çox  bağlandağımı Vədəbu anda, onu tərk etməm üçün bir səbəb yoxdu."

O zaman qərar verdiyindəvədəəgər seçdiyin mən olsam, həyatında başqa kimsəolmazsa, axtar məni!" dedi, cavan çaşmadan.. Ayrıldı qızın yanından.. Bir daha volleybol matçına getmədən, bir daha məktəb yolunda önünəçıxmadan.. Bir daha onu heç görmədən..

Günlərlə, həftələrcə, aylarca gözlədi.. Həyəcanla gцzlədi. Ehtirasla, arzuyla gözlədi. ümidlə, ümidsizlikləgözlədi. Bəzən hirsləgözlədi.. Amma gözlədi..

Gözləyiş davam edirdi. Məktəblər bağlandı, açıldı.. Aylar, aylar keçdi. .Bir gün cavan qızı birdən qarşısında gördü.. "Günlərdir səni axtarıram" dedi qız. "Günlərdir səni axtarıram. sənəxəbər.. Artıq həyatımda heç kim yoxdu!.."

Cibindəki artıq yaxşıca köhnəlmiş məktubu uzatdı qıza.. "

Sonra getdi getdi, arxasına beləbaxmadan.. Qız oxuyarkən..

"İnan mən səni çox sevmişdim amma sən mənim sevgimi çox gözlətdin.Artıq dönməyinin dəmənası yoxdur inan mənə!

Aradan illər, çox amma şox uzun illər keşdi. Cavan bu gün hələdьşünür.. O uzun, çox uzun gözləyişmi öldürmüşdü eşqini? Ya da gözləyərkən, xəyalindəeləbir sevimli yaratmışdı ki, artıq yaşayan heç kim bu xəyali doldura bilməzdi.. O sevgilinin özü belə.. Xəyalindəkini canlı tutmaq üçünmü, canlısını silmişdi yəni?.. Ya da.. Ya da..

Категория: Romantika | Просмотров: 1961 | Добавил: azeri-hits | Рейтинг: 5.0/2 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Форма входа
Календарь новостей
«  Iyul 2008  »
B.eÇ.aÇC.aCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Поиск
Друзья сайта
 
 
 
 
 
Статистика

Cemi Online-da 1
Qonaqlar: 1
Istifadeciler: 0
Copyright MyCorp © 2024
Сайт управляется системой uCoz